11 Tuş tədbirinin qalibi müəyyənləşdi!

Red Bull və AFFA-nın tərəfdaşlığı ilə təşkil edilmiş 11 Tuş tədbiri başa çatıb.

Bakı Olimpiya Stadionunda keçirilən və böyük marağa səbəb olan festivalda 2000nəfər qeydiyyatdan keçmiş, maraqlı qarşılaşmalar baş tutmuşdur.

Bir neçə mərhələdən ibarət olan yarışların nəticəsində sona qədər qalmağı bacaran, festivalın qalibi və 2000 manatın sahibi Kənan Mehtibəyov olmuşdur.

11 Tuş tədbiri çərçivəsində iştirakçılar, 2000-ci illərdə məşhur olan və demək olarki, hər gəncin qaydalarını əzbər bildiyi oyunlardan 11 Tuşu elə həmin köhnə qaydalarla da oynayıblar. Sadəcə bu dəfəki oyunlar qaydalara nəzarət edən hakim müşayiəti ilə, ciddi qarşıdurma şəklində baş tutmuşdur. Nəticədə iştirakçılar həm əyləndi, həm uşaqlıq xatirələrini yada saldı, həm də tədbirdə iştirak edərək qalib olmaq şansı əldə etdilər.

Tədbirin maraqlı görüntülərindən biri də milli yığmamızın bəzi üzvləri ilə məhşur freestyle idmançısını bir arada görmək olub. Red Bull-un məhşur freestyle idmançılarından Sean Garnier festivala qonaq olmuş və milli yığmamızın ulduz simaları Rauf Əliyev, Vüqar Nadirov, Əfran İsmayılov ilə birlikdə 11 Tuş oynamışdır.

Tədbirin qalibi Kənan Mehtibəyov qalib olduğu üçün sevincli olduğunu qeyd etmişvə bütün təşəbbüskarlara yüksək səviyyədə təşkilatçılıq üçün təşəkkürlərini bildirmiş, həmçinin uşaqlıqda həvəslə oynadıqları oyun ilə indi beynəlxalq müsabiqədə yarışmağın xoş hisslər olduğunu bildirmişdir.

Həmçinin digər müsahibə alınan iştirakçılar da çox əyləncəli vaxt keçirdiklərini və növbəti tədbirlərdə də iştiraka həvəsli olduqlarını bildiriblər

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: