Frame LifeSosial

Beynəlxalq Muğam Mərkəzində “Zəhra” adlı tədbir keçirilmişdir

Beynəlxalq Muğam Mərkəzində “Zəhra” adlı tədbir müharibələr və digər silahlı konfliktlər nəticəsində həyatlarını itirmiş uşaqlara həsr edilmişdi.
Gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,”SÖZ” ədəbi layihəsi,Cabir Novruz Fondu,Beynəlxalq Muğam Mərkəzi,”Asan radio” və Gənclər fondunun dəstəyi ilə keçirilmişdir.
Tədbirin əvvəlində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanin Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində həyatını itirmiş iki yaşlı Zəhra Quliyevaya həsr olunmuş şeri Fidan Hüseynova tərəfindən səsləndirildi.
Tədbirdə Əməkdar artistlər Sevda Ələkbərzadə və Tünzalə Ağayeva həmçinin Nigar Camal,Elnur Hüseynov,Bəhram Quluzadə,Vaqif Nağıyev,Murad İbrahimov,şairlər Xəyal Rza,Şəhriyar,del Gerani,Mehman Rəsulov,Solmaz Süleymanlı,Leyli Salayeva,”SÖZ” layihəsinin direktoru şairə Nigar Həsənzadə çixiş etdilər.Gecənin aparıcıları “Asan Radio”nun direktoru Emin Musəvi və Nigar Həsənzadə idi.
Bu musiqili-ədəbi gecədə  mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xarici ölkələrin səfirləri,diplomatik nümayəndəliklərin təmsilçiləri,Milli Məclisin deputatları,xarici qonaqlar,uşaqlar və gənclər iştirak edirdi.
Gecənin finalı iştirakçıların hamısını mütəəssir etdi.Parlaq işıqlara qərq olunmuş Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən uşaqlar müraciət etdilər :”Müharibələri dayandırınkı,heç yerdə uşaqlar ölməsin!”
Qonaqlar gecəni göz yaşları ilə tərk etdilər.Düşmənlərimiz tərəfindən öldürülmüş balaca Zəhranın xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!