13 ildən sonra “Avatar” yenidən CinemaPlus-da

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan– “Avatar 2: Suyun Yolu” filminin nümayişi başlayır. Yeni Avatarın hərəkəti – eynilə 2009-cu il filmi kimi – yerli na`vi xalqının varlığının təhlükə altında olduğu Pandora planetində baş verir.

Rejissor Ceyms Kemeron, Avatar film seriyasında daha üç davam filmi çəkməyi planlaşdırır.

Filmin ikinci seriyasında birinci filmdə baş rolları canlandıran aktyorlar Sem Uortinqton və Zoi Saldana yenidən çəkilib. Ekrana, qəhrəmanı ilk lentdə ölən Siqurni Uiver qayıdır.

Onlara Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı Keyt Uinslet qoşulur.

“Avatar: Suyun Yolu” filminin büdcəsi 350 milyon dollardan çox olub.

Filmin haqqında qısaca: Avatar formasını aldıqdan sonra, əsgər Ceyk Salli, Navi xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var – Ceyk ilə gözəl sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış dünyalılar Pandoraya qayıtdıqda, Ceyk cavab verməyə hazırdır.

Film birinci hissəsi 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.

4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə, kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.

4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.

Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.

https://www.youtube.com/watch?v=d9MyW72ELq0&t=5s

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: