Site icon Frame.az

16 illik fasiləyə son

Bu gün “Kəpəz” futbol klubumuz 16 illik fasilədən sonra Avroliqada mübarizəyə başlayır.

“Kəpəz” futbol klubunun əsası 1959-cu ildə “Dinamo Kirovabad” adı ilə qurulub. 1968-ci ildən etibarən SSRİ çempionatı’nda mübarizə aparıb.

“Kəpəz” Azərbaycan’ın ən köklü klublarından biridir.Komanda 3 dəfə Azərbaycan Çempionu 1994-95, 1997-98, 1998-99 və 4 dəfə Ölkə KUBOKUNA 1993-94, 1996-97, 1997-98, 1999-00 sahib çıxıb.

Ev oyunlarını tutumu 27000 olan Gəncə Şəhər Stadionunda keçirir.Klubun Prezidenti Elmir Vəliyev baş məşqçisi isə Şahin Diniyev’dir. Komandanın ləqəbi Dağlılar’dır.

“Kəpəz” klubu öz meydanında keçirilən oyunlara sarı rəngli,səfərdə keçirtdikləri oyunlarda isə göy rəngli formalarda meydana çıxır.

Gəncə təmsilçisi 2015-2016 mövsümündə çempionatı 5-ci pillədə başa vursada Avropa Liqası’nda oynamağa haqq qazandı. Səbəb isə çempionatı 2-ci pillədə başa vuran paytaxtın “Zirə” komandasının yaranma tarixinin cəmi 2 il olmasıdır. Bu üzdən “Zirə” Avrokubok’da iştirak etmə hüququndan məhrum olundu.

”Kəpəz” ilk dəfə 1995-1996 mövsümündə ilk dəfə Uefa Kubokunda mübarizəyə başladı və iki oyunun cəminə görə “Austria Vienna” klubuna 0:4 və 1:5 (1:9) hesabı ilə yenilərək mübarizəni dayandırmışdır.

2015-2016 mövsümündə Avropa Liqası’nda oynamağa haqq qazanan Gəncə təmsilçisin rəqibi Moldovanın “Dacia” komandası oldu.

Kəpəz –Dacia arasında keçirələcək ilk oyun bu gün baş tutacaq.

Pərvin Bayramov

Exit mobile version