Site icon Frame.az

2-ci IMAGİNE Festivalı ilə Bakı yenidən tolerantlıq paytaxtına çevriləcəkdir

İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibəti ilə, Bakıda 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ üzv dövlətlərinin səfirlikləri, İsveçrə, Norveç, Braziliya, Kosta Rika, İsrail, Peru, Moldova, Meksika, Birləşmiş Ştatlar, Argentinanın Bakıdakı səfirlikləri və United Cultures ilə birgə əməkdaşlıq çərçivəsində mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edən 2-ci IMAGINE Avropa Tolerantlq Festivalını təşkil edir.

İmagine Avro Tolerantlıq Festivalı Bakıda 2-17 may, 2018-ci ildə keçiriləcək və tədbirlərin sıx təqvimini təqdim edəcək: musiqi tamaşaları, master klaslar, teatr sərgiləri, film nümayişləri, debatlar və İmagine Avropa Tolerantlıq Festivalına qatılacaq beynalxalq səviyyədə tanınmış film rejissorları və musiqiçilərlə müzakirələr.

Tolerantlıq və müxtəliflik mövzusunda 40-dan çox sənədli film festivalda təqdim olunacaq.

Film nümayişləri yerli və beynəlxalq film sənətkarlarının iştirakı ilə müxtəlif sosial məsələlər üzrə müzakirələrlə tamamlanacaq.

Təşəbbüs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Cinex Production, ADA Universiteti, Baku Musiqi Akademiyası, Venesiyanın Ca’ Foscari Universiteti, Azərbaycan Dillər Universiteti, ADO Teatr- Kollektivinin əməkdaşlığı ilə The Landmark, Park Cinema, “Yarat” Müasir İncəsənət Mərkəzi tərəfindən dəstəklənir.

Frame.az

 

 

Exit mobile version