Baku City CircuitFormula 1TəqdimatƏn Son

2019 Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 26-28 aprel 2019-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2019 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq və eyni zamanda Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Bizə qoşulmaq istəyənlər gecikmədən Marşal Proqramına Müraciət Sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Bakı Marşal Klubunun rəsmi saytından  http://bakumarshalsclub.az və rəsmi “Facebook” səhifəsindən Marşal Proqramı haqqında daha ətraflı məlumat əldə etməklə yanaşı klubun “Facebook” səhifəsinə məktub yazaraq marşal fəaliyyəti barəsində sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!