EkologiyaTəqdimat

2021-ci ildə karbon qazının səviyyəsi XVIII əsrdəki səviyyədən 50 faiz yüksək olacaq

Britaniya Meteorologiya Bürosu 2021-ci ildə atmosferdə karbon qazının səviyyəsinin XVIII əsrdəki səviyyədən iki dəfə yüksək olacağını proqnozlaşdırıb.

Yeni proqnoza görə, karbon qazı təxminən 2021-ci ilin aprel-iyun aylarında XVIII əsrdə sənaye erası başlayarkən mövcud olmuş səviyyəni aşacaq.

“High-tech”ə istinadla xəbər veririk ki, bu, pandemiya səbəbindən 2020-ci ildə istixana qazı tullantılarının azalması fonunda baş verir.

Meteorologiya Bürosunda karbon qazının illik proqnozunu hazırlayan Richard Bettsin sözlərinə görə, karbon qazı uzun müddət ərzində atmosferdə qaldığından, illik emissiyalar ötən illərin emissiyalarına əlavə olunur. Bu da nəticədə atmosferdə karbon qazının miqdarının artmasına gətirib çıxarır.

BMT-dən bildiriblər ki, Paris İqlim Sazişinin şərtlərini pozmamaq üçün enerji, qida məhsulları istehsalı, nəqliyyat və sənaye tullantıları növbəti onillik ərzində hər il 7 faizdən çox azaldılmalıdır.

Yer üzündə temperaturun bir dərəcədən bir qədər az istiləşməsi səbəbindən artıq daşqınlar, quraqlıq və tropik fırtınalar kimi ekstremal hava hadisələri baş verir.

Meteoroloji Büro bəyan edib ki, karbon qazının 25 faiz konsentrasiya olunması üçün sənaye erasının başlanğıcından bəri 200 ilədək vaxt tələb olunub. Amma indi, cəmi 30 il keçəndən sonra 50 faizlik artım səviyyəsinə yaxınlaşırıq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!