Baku City CircuitFormula 1Idman

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib.

Yarış iyunun 12-də saat 15:00-da başlayacaq.

Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında qeyd olunub.

İyunun 10-da saat 15:00-da və 18:00-da iki sərbəst yürüş təşkil olunacaq.

Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da təsnifat mərhələsi olacaq.

Xatırladaq ki, Formula 1-in builki mövsümü rekord sayda – 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Əbu-Dabi Qran-Prisi ilə yekunlaşacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!