Site icon Frame.az

2022-ci ildə Kaspersky həlləri müstəqil sınaqlarda 69 dəfə birinci yeri tutub

2022-ci il ərzində Kaspersky həlləri 86 müstəqil təhlükəsizlik texnologiyası sınağının nəticələrinə əsasən 73-cü dəfə ilk üçlüyə daxil olub, o cümlədən 69 dəfə birinci yerə layiq görülüb. 

TOP-3 göstəricisi məhsulların təqvim ili ərzində müstəqil sınaqlardan necə uğurla keçdiyini əks etdirir. Bu qiymətləndirmə, bir məhsulun müvafiq bir sınaqda göstərdiyi birdəfəlik nəticədən daha çox nəzərə çarpan və əhəmiyyətlidir. Göstərici AV-Comparatives, AV-TEST, SE Labs və başqaları tərəfindən aparılan müstəqil sınaqların nəticələrinə əsasən hesablanır.

Kaspersky Endpoint Detection and Response Expert (KEDRE) məhsulu SE Labs’ Enterprise Advanced Security (EDR) sınağında ən yaxşı nəticəni göstərib. O, hər bir təhlükənin bütün elementlərini tanıyır və heç bir yalnış müsbət nəticə göstərməyib. Biznes üçün Kaspersky Endpoint Security həlli isə SE Labs-ın dörd rüblük Enterprise Endpoint Protection Comparative sınaqlarının üçündə Total Accuracy Rating üzrə ən yüksək balı və ilin bütün dörd sınağında ən yüksək AAA mükafatını əldə edib.

Kaspersky Small Office Security həlli də həmçinin SE Labs-ın dörd rüblük Small Business Endpoint sınaqlarının üçündə ən yüksək Total Accuracy Rating balını və hər dörd sınaqda ən yüksək AAA mükafatına layiq görülüb.

KEDRE həlli AV-Comparatives-in The Endpoint Prevention & Response (ERP) sınağında “Strateji lider” statusu qazanıb. Məhsul həmçinin AV-Comparatives-in The 2022 OS Credential Dumping: LSASS Memory Test-i üzrə LSASS hücumları vasitəsilə hesab məlumatlarının oğurluğuna qarşı tam müdafiə qabiliyyətini təsdiqləyib. 

AV-TEST həmçinin ilin bütün sınaqlarında ən az yanlış müsbət nəticəyə görə Best Usability 2022 mükafatını üç adda Kaspersky məhsullarına təqdim edib: Kaspersky Internet Security, biznes üçün Kaspersky Endpoint Security və Kaspersky Small Office Security. Bu məhsullar həmçinin AV-TEST Advanced Threat Protection Test silsilə sınaqları zamanı fidyə hücumlarına qarşı 100% müdafiə qabiliyyəti nümayiş etdirib.

Biznes üçün Kaspersky Endpoint Security həlli həmçinin AV-TEST-in illik Best Performance 2022 mükafatına layiq görülərək, 2022-ci il ərzində sınaqlar zamanı bütün iştirakçılar arasında sistem performansına ən aşağı təsirə malik olan həll kimi önə çıxıb.

Ev istifadəçiləri üçün həllərə gəlincə, Kaspersky Internet Security ilə yanaşı, daha bir məhsul güclü nəticələr göstərib. Kaspersky Safe Kids ardıcıl beşinci dəfə AV-Comparatives Parental Control Certification sertifikatlaşmasından uğurla keçib – uşaqlar üçün uyğun olmayan saytların ən azı 98%-ni bloklayıb və bir dənə də olsun yanlış müsbət nəticə göstərməyib. O, həmçinin ən çox yayılmış əməliyyat sistemlərində tam müdafiə təmin etmək üçün kifayət qədər geniş funksionallığına görə AV-TEST tərəfindən aparılan xüsusi ayrıca araşdırmada da qeyd edilib.

 

Exit mobile version