2022 Formula 1 Azərbaycan Qran Prisinə alınmış ilk biletin sahibi bəlli oldu

10-12 iyun tarixlərində Bakıda keçiriləcək 2022 Formula 1 Azərbaycan Qran Prisinə alınmış ilk biletin sahibi Türkiyə vətəndaşıdır.

22 fevral tarixindən etibarən satışa çıxarılan Formula 1 Azərbaycan Qran Prisinə biletlər  daha çoxTürkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir. Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Tamaşaçılar daha çox  tribuna (grandstand) zonasına maraq göstərir.

Ötən il COVID-19  pandemiyası səbəbilə yarışı canlı izləyə bilməyən azarkeşlər, bu il həyəcanlı idman yarışını yerində izləməyə ikiqat maraqlıdır.

Bildiririk ki, yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 – 160 AZN, üçgünlük tribuna biletləri 280 – 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 – 690 AZN aralığında dəyişir.

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet əldə etmək üçün ətraflı məlumatı  www.bakucitycircuit.com – Bakı Şəhər Halqasının rəsmi veb səhifəsi vasitəsilə əldə edə bilərsiniz.

Həmçinin, biletləri şəhərimizin aşağıda sadalanan bilet satış məntəqələrindən də əldə etmək mümkündür:

28 Mall ticarət mərkəzi

Gənclik Mallticarət mərkəzi

Heydər Əliyev Sarayının kassası

4 saylı Bakı “ASAN xidmət” mərkəzi

1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!