IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

Yanvar ayı yeni rəqəmsal vərdişlərin formalaşdırılması üçün ən yaxşı vaxtdır. Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qarşıdakı il ərzində məlumatlarınızı qorumaq və həyatınızı asanlaşdırmaq üçün sadə tövsiyələri ilə bölüşür.

Yeni il – yeni şifrələr!

Şifrələrin auditini aparın: köhnələri dəyişdirin, yenilərin etibarlılığını yoxlayın. Əsas qaydanı xatırladırıq – bir neçə hesab üçün eyni şifrələrdən istifadə etməyin!

Əksər insanlar kimi, birdən çox hesabınız varsa, etibarlı şifrə meneceri sizə kömək edəcək. Müasir həllər bir çox faydalı xüsusiyyətlərə malikdir: məsələn, müxtəlif brauzerlər və platformalar üçün avtomatik doldurma və ya avtomatik şifrə generatoru.

Hesablarınızdan məlumat sızması ilə bağlı bildirişləri aktivləşdirin

Şəxsi məlumatların sızması şəxsi və korporativ hesablarınız üçün böyük təhlükə yaradır. Fırıldaqçılar hesabınıza daxil olmaq üçün oğurlanmış məlumatlardan istifadə edə bilərlər. Təəssüf ki, sızmalar olduqca tez-tez baş verir və hər birini izləmək çətindir.

2023-cü ildə təcavüzkarları qabaqlaya və oğurlanmış məlumatları içində sizin haqqınızda məlumatın olub-olmamasını öyrənmək üçün skan edəcək xüsusi sızma monitorinqi proqramlarından istifadə edə bilərsiniz. Qabaqcıl şifrə menecerləri bu funksiyanı, eləcə də şəxsi məlumatların sızması zamanı sürətli bildirişi funksiyasına malikdir.

Daha çox məxfiliyə ehtiyacınız var? VPN quraşdırın!

VPN onlayn təhlükəsiz və məxfi olmaq istəyən hər kəs üçün vacibdir. Müasir həllər istifadəçilərin bütün ehtiyaclarına cavab verir, istifadəsi asandır, sürətli trafik və şəxsi məlumatların məxfiliyini təmin edir.

Müasir VPN xidmətləri təhlükəsiz onlayn alış-veriş etməyə, dünyanın istənilən yerində axın xidmətlərindən istifadə etməyə və yerli məzmuna çıxışı təmin etməyə imkan verir. Onlar həmçinin istifadəçilərə keyfiyyət itkisi və ya ilişmə olmadan 4K keyfiyyətində məzmuna baxmaq üçün sürətli trafik təmin edir. Xidmət həmçinin daha çox anonimlik təmin edərək, IP ünvanını vebsaytlardan və reklamçılardan gizlədir.

Sənədləri təhlükəsiz yerə köçürün

Elektron sənədlərin təhlükəsiz qalması və yanlış əllərə düşməməsi üçün onları necə düzgün saxlamaq lazımdır? Etibarlı seçim sənədləri şifrə menecerində saxlamaqdır. Müasir proqramlar təkcə şifrələr və bank məlumatlarından daha çoxunu saxlamağa qadirdir. Yəni, skanlar, PDF şəkillər və qorumaq istədiyiniz tibbi arayışlar, telefon nömrələri və iş sənədləri də daxil olmaqla, digər vacib sənədləri yükləyə biləcəyiniz hərtərəfli təhlükəsiz elektron saxlanc qutusu kimi çıxış edirlər.

Bu cür qutular xüsusi şəkildə şifrələnir və yalnız istifadəçinin ayrıca olaraq yadında saxlamalı olduğu olan əsas şifrədən istifadə etməklə deşifrə edilə bilər.

Uşaqların təhlükəsizliyinin qeydinə qalın 

Yalnız özünüzə deyil, uşaqlarınıza da diqqət yetirin. Uşağın rəqəmsal dünyaya açılan qapısının təhlükəsiz olması üçün ona onlayn təhlükəsizlik qaydalarını dərhal öyrətmək vacibdir. Valideynlər kibertəhlükəsizlik haqqında danışmağı təkcə faydalı deyil, həm də maraqlı etmək üçün oyunlar və ya digər əyləncə formatlarından istifadə edə bilərlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!