2023-cü ildə Carlsberg Azerbaijan maliyyə göstəricilərinə və dayanıqlı inkişaf təşəbbüslərinə müsbət töhfə verməklə əhəmiyyətli nailiyyətlər nümayiş etdirib.
Şirkətin nəticələri
“Carlsberg Azerbaijan” MMC 2022-ci illə müqayisədə 2023-cü ildə satış həcmlərində 1% artım əldə edib ki, bu da əsasən turizm və ictimai iaşə kanalının canlanması hesabına baş verib. Bu artım vergi ödənişlərinin əhəmiyyətli dərəcədə – 15% artması ilə müşayiət olunaraq ümumilikdə 38,1 milyon manata çatdırıb.
Müasir ticarət kanalında (böyük mağaza şəbəkələri) qlobal artım tendensiyasını davam etdirərək, Carlsberg Azerbaijan-ın müasir ticarət kanalında satışları 12% artıb. “HoReCa” kanalı (otel, kafe, restoran) 3% artım, ənənəvi ticarət kanalı (kiçik mağazalar) isə 3,4% göstərici ilə bir qədər azalma nümayiş etdirib ki, bu da istehlakçıların müasir satış nöqtələrindən istifadəyə keçməsi ilə izah olunur.
2023-cü ildə şirkət Gürcüstana ixrac portfelini genişləndirərək 2022-ci illə müqayisədə +22% həcm artımına nail olub.
“Mürəkkəb regional vəziyyətə, qlobal səviyyədə yüksək inflyasiyaya və bir çox digər çağırışlara baxmayaraq, 2023-cü ili Carlsberg Azerbaijan üçün daha bir uğurlu ilə çevirməyə nail olduq. Cəmiyyətlə paylaşmaq və onu inkişaf etdirmək “Carlsberg”-in DNT-nin bir hissəsidir, buna görə də Azərbaycanda pivə sənayesini inkişaf etdirməyə, keyfiyyət, avadanlıq və pivə kateqoriyasına sərmayə qoymağa, xammal və qablaşdırma materialları sənayesinə beynəlxalq təcrübə gətirməyə və dayanıqlılıq gündəmini təşviq etməyə çalışırıq. 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə pivə zavoduna, sənayeyə və əməkdaşlara 25 milyon manat sərmayə qoymaq məqsədilə Anlaşma Memorandumu imzaladıq, və qürurla bildirirəm ki, biz artıq 18 milyon manat sərmayə qoymuşuq və 2024-cü il üçün investisiya planı təqribən 6,7 milyon manat təşkil edir ki, bu da Carlsberg Group-un Azərbaycanda biznesi inkişaf etdirmək və genişləndirmək niyyətini nümayiş etdirir” – “Carlsberg Azerbaijan” MMC-nin baş direktoru Alius Antulis bildirib.
Brendlər üzrə nəticələr və təşəbbüslər
Carlsberg Azerbaijan-ın əsas markaları 2023-cü il ərzində strateji təşəbbüslərin və tərəfdaşlıqların uğurlarını nümayiş etdirərək diqqətəlayiq artım nümayiş etdirib.
Flaqman brendimiz Xırdalan Novruz bayramı ilə bağlı keçirilən kampaniya, yüksək mövsümdə “Xırdalan – hər dalan doğmadır” adlı uğurlu regional kampaniya və “Nargis” Fondunun təşkil etdiyi “YayLand Fest” yarmarkası ilə əməkdaşlıq etməklə 4% artım göstərib.
Ağıllı portfolio təklifləri, habelə güclü rəqəmsal və mağazadaxili dəstək Premium Portfeldə 53,8% müstəsna artım göstəricisinə səbəb olub:
Liverpul FK ilə tərəfdaşlığın 30-cu ildönümünə həsr olunmuş yeni məhdud sayda banka qablaşdırmanın təqdim edilməsi, eləcə də təkmilləşdirilmiş distribusiya strategiyası sayəsində Carlsberg pivəsi 32% artım nümayiş etdirib.
Kronenbourg 1664 Blanc, ilk növbədə, yeni SKU-ların təqdim edilməsi və HoReCa sektorunda xüsusi dəstək proqramları hesabına 122% həcmində nəzərəçarpan artım tempi nümayiş etdirib.
Tuborg şüşə və banka qablaşdırmada “Tuborg Gold” növünün təqdim edilməsi sayəsində, eyni zamanda 2023-cü ildə “Summer Live 23”, “SOLONG” və “MAKULATURA” kimi musiqi tədbirlərinə dəstək göstərməklə 65% artım nümayiş etdirib.
Xammal və materialların lokallaşdırılması
2019-cu ildə “Azərşəkər” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən xammalın lokallaşdırılması layihəsi 2021-ci ildən etibarən yerli arpaya tam keçidlə nəticələnib. 2023-cü ildə “Carlsberg Azerbaijan”, “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” Cənubi Qafqazda ilk arpa emalı zavodunun təməlini qoyub. Yeni zavod 2024-cü ilin 4-cü rübündə istismara veriləcək.
Dayanıqlı inkişaf
2023-cü ildə “Carlsberg Azerbaijan” 2022-ci illə müqayisədə dayanıqlılıq göstəricilərini yaxşılaşdırmağa davam edib, bu da ilk növbədə resurs istehlakının və tullantılarin azalması hesabına baş verib, belə ki, su istehlakında 1,8%, elektrik enerjisi istehlakında 7% və karbon qazı tullantılarında 9% azalma müşahidə olunub.
Carlsberg Group-un “Birlikdə SIFIRA doğru və daha irəli” uzunmüddətli dayanıqlı inkişaf proqramının ambisiyalarına uyğun olaraq, Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Könüllüləri” təşkilatı və biznes icması ilə birgə Xəzər dənizinin sahillərinin təmizlənməsi məqsədilə Beynəlxalq Sahilyanı Təmizlik Günündə tərəfdaşlığı davam etdirib.
2024-cü ilin yanvarında Davos Dünya İqtisadi Forumunda Carlsberg Group-un baş icraçı direktoru Yakob Aarup-Andersen Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov ilə görüşüb. Görüşdə xammal və qablaşdırmanın strateji lokallaşdırılması, yeni investisiyalar müzakirə edilib, habelə Azərbaycan bazarının Carlsberg Group üçün əhəmiyyəti vurğulanıb. Bu görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Carlsberg Group-un keçmiş baş direktoru Kees ‘t Hart arasında ötən il keçirilmiş əlamətdar görüşdə müzakirə olunan mövzulara əsaslanır.
Şirkət haqqında məlumat:
“Carlsberg Azerbaijan” pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 260 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 60 milyon manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664” kimi məşhur markalar daxildir.