Baku City CircuitFormula 1IdmanTəqdimat

2023 Formula 1 Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Ötən illər ilə müqayisədə rekord rəqəmlər qeydə alınıb. 

2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə erkən bilet satışına 15 dekabr tarixindən start verilib. Artıq ötən bir sutka ərzində bilet satışının göstəriciləri ötən ilə müqayisədə iki dəfə yüksək olmaqla son 6 mövsümün rekord həddinə yüksəlib. 

28-30 aprel tarixlərində paytaxt Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırki nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.  

İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir. 

Qeyd edək ki, biletləri BȘH-nin rəsmi veb səhifəsindən www.bakucitycircuit.com və ya “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıt yerli satış məntəqələrindən əldə etmək mümkündür. 

Əlavə məlumat üçün: *6003 Çağrı Mərkəzi 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!