Süni intellekt və neyron şəbəkələrin sürətli inkişafı, Əşyaların İnterneti kimi “ağıllı” texnologiyaların yayılması qarşıdan gələn ilin kibertəhlükəsizlik baxımından çətin olacağı mesajlarını verir. 2024-cü ildə hansı tendensiyaları nəzərə almalıyıq və özümüzü hansı təhlükələrdən qorumalıyıq? “Kaspersky”nin mütəxəssisləri əsas məqamları qeyd edirlər:
- Pulunuzu qoruyun
Elektron ticarət və maliyyə texnologiyası planet boyu addımlamağa davam edir. Fiziki şəxslər arasında ani elektron ödənişlərdən daha geniş istifadə olunur. Cinayətkarlar isə pul oğurlamaq üçün yeni yollar tapırlar. Buraya təkcə ani pul köçürmə sistemləri üzərindən fırıldaqçılıq deyil, həm də onlayn mağaza və e-ticarət saytlarında ödəniş məlumatlarının oğurlanması üçün qabaqcıl texnologiyalar da daxildir. Fırıldaqçılar tərəfindən qanuni onlayn mağazaların veb-saytlarında quraşdırılmış son nəsil veb-skimmerlərin iş başında olduğunu fərq etmək demək olar ki, mümkün deyil və qurban öz məlumatlarının oğurlandığını yalnız kartdan icazəsiz pul silindikdə öyrənir.
Nə etməli?
- Bank kartlarını Apple Pay, Google Pay kimi maliyyə bazarının əsas oyunçularının ödəniş sistemlərinə qoşun. Bu, nəinki rahatdır, həm də mağazada ödəniş edərkən məlumatların oğurlanması ehtimalını azaldır.
- İstifadəsi mümkün olan veb saytlarda oxşar ödəniş sistemlərindən istifadə edin. Yeni saytlarda bank kartı məlumatlarınızı daxil etməyə ehtiyac yoxdur.
- “Kaspersky Premium” kimi hərtərəfli təhlükəsizlik sistemi ilə smartfon və kompüterlərinizi qoruma altına alın. Onunla pulunuzu, məsələn, bank proqramında ani pul köçürməsinin icrası zamanı alıcının məlumatlarının sürətlə dəyişdirildiyi yeni xoşagəlməz hücuma qarşı müdafiə imkanı qazanırsınız.
- Bankınız bu funksiyanı dəstəkləyirsə, onlayn ödənişlər üçün virtual və ya birdəfəlik kartlardan istifadə edin. Tətbiqdə virtual kart qısa müddət sonra yenidən hazırlana bilərsə, onu müntəzəm olaraq, məsələn, ayda bir dəfə dəyişdirin və ya kartların “maskalanması” üçün xüsusi xidmətlərdən istifadə edin, hər bir ödəniş seansı üçün birdəfəlik ödəniş təfərrüatları yaradın – müxtəlif ölkələr və ödəniş sistemləri üçün müxtəlif seçimlər var.
- Öz gözlərinizə belə inanmayın
Generativ süni intellekt 2023-cü il ərzində xəbər başlıqlarını “işğal etmişdi”, artıq əmək bazarına əhəmiyyətli təsir göstərməyə nail olmuşdu və çirkin məqsədlər üçün istifadə edilirdi. Əvvəllər zəhmət və bacarıq tələb edən saxta mətnlərin, foto və videoların yaradılması indi heç bir təlim keçməmiş şəxslər tərəfindən bir neçə dəqiqə ərzində həyata keçirilir və bu, kibertəhlükəsizliyin ən azı iki sahəsinə artıq nəzərəçarpacaq təsir göstərməyi bacarıb.
Birincisi, xəbərlərdə və sosial mediada saxta şəkillər, audio və videolar. Beləliklə, 2023-cü ilin sonunda ekspertlərimiz “deepfake”in (dərin saxtakarlıq) istifadəsinin yeni səviyyəyə çatdığı kütləvi “investisiya” kampaniyaları aşkar ediblər: indi guya məşhur iş adamları və dövlət başçıları xəbərlərdə və məqalələrdə popular- təbii ki, saxta – resurslara investisiya etməyi təklif edirlər.
İkincisi, AI ilə fişinq e-poçtları, sosial media mesajları və fırıldaqçı veb saytları hazırlamaq daha asan olub. Hakerlər üçün optimallaşdırılmış “WormGPT” və digər dil modellərindən istifadə edərək, təcavüzkarlar indi sənaye miqyasında daha inandırıcı və müxtəlif cəlbedici tələlər yarada bilərlər.
Nə etməli?
- Sosial mediada hər hansı emosional məzmuna, xüsusən də şəxsən tanımadığınız insanlardan gələn məzmunlara, şübhə ilə yanaşın. Özünüzdə vacib məlumatlar üçün nüfuzlu xəbərləri və ekspert saytlarını yoxlamaq vərdişini formalaşdırın.
- Müxtəlif növ xeyriyyə aksiyaları, marafonlar və s. üçün alıcını diqqətlə yoxlamadan pul köçürməyin. Saxta duyğusal hekayə və şəkillər yaratmaq heç vaxt olmadığı kimi asanlaşıb.
- Bütün cihazlarınızda fişinq və dələduzluğa qarşı müdafiə həlli quraşdırın və linkləri, vebsaytları, e-poçtları və qoşmaları yoxlamaq üçün bütün seçimləri aktivləşdirin. Bu, fişinq linkinə klikləmək və ya saxta sayta daxil olmaq riskini azaldacaq.
- Reklam bannerlərinə qarşı müdafiəni aktivləşdirin – bu funksiya həm “Kaspersky Plus”, həm “Kaspersky Premium”da, həm də bir sıra brauzerlərdə mövcuddur. Zərərli reklam digər bir təhlükəli tendensiyadır.
- Heç qulaqlarınıza da inanmayın.
Süni intellektdən istifadə edərək yüksək keyfiyyətli saxta səslərin yaradılması artıq saxtakarlıq sxemlərində fəal şəkildə istifadə olunur. “Rəhbəriniz”, “ailə üzvünüz”, “həmkarınız” və ya tanış səsi olan başqa bir şəxs sizə zəng edərək təcili bir işdə, çətin bir vəziyyətdə kömək etməyinizi və ya tezliklə vacib məsələ ilə bağlı sizinlə əlaqə saxlayacaq başqa bir insana diqqət yetirməyinizi xahiş edə bilər. İlk növbədə, bu cür sxemlər qurbanı könüllü olaraq cinayətkarlara pul köçürməyə məcbur etmək üçün hazırlanıb. Lakin daha mürəkkəb variantlar da mümkündür – məsələn, korporativ şəbəkəyə daxil olmaq üçün şifrələri ələ keçirmək məqsədilə şirkət işçilərinə hücum edilir.
Nə etməli?
- Hər hansı gözlənilməz və ya həyəcan verici zəngləri yoxlayın. Əgər sizi yaxşı tanıyan bir adam zəng edirsə, cavabını yalnız onun bildiyi bir sual ilə onu yoxlayın. Bir həmkar zəng edirsə, lakin sualı qəribədirsə, məsələn, o, sizdən şifrəni göndərməyi və ya deməyi, ödəniş etməyi və ya başqa qeyri-adi bir şey etməyi xahiş edirsə, vəziyyəti iki dəfə yoxlamaq üçün digər həmkarlar və ya rəhbərlərlə ilə əlaqə saxlayın.
- Spam və saxta zəngləri bloklamaq üçün zəng edənin nömrəsini müəyyən edən xüsusi tətbiqlərdən istifadə edin. Bu proqramlardan bəziləri təkcə adi telefon zəngləri ilə deyil, həm də WhatsApp kimi messencerlər vasitəsilə edilən zənglərlə işləyir.
- Yalnız təhlükəsiz Əşyaların İnterneti (IoT) cihazlarını alın
Zəif qorunan IoT cihazları sahibləri üçün bir sıra problemlər yaradır: robot tozsoranlar sahiblərinə qarşı casusluq edir, “ağıllı” ev heyvanları qidalandırıcıları ev heyvanınıza planlaşdırılmamış qarın sancısı və ya şiddətli aclıq aksiyası “hədiyyə” edə bilər, TV qəbulediciləri hesabları oğurlaya və ev şəbəkənizdə saxta proksilər yarada bilər, video dayə və evdaxili təhlükəsizlik kameraları xəbəriniz olmadan evinizi realiti TV şousuna çevirə bilər.
Nə etməli?
- Yalnız uzun müddətli dəstək xidmətinə malik təhlükəsiz IoT cihazlarını alın. Çox güman ki, istehsalçılar ağıllı cihazların yerli təhlükəsizliyinə diqqət yetirməyə borclu olduqları üçün qlobal bazarda da məhsullara müvafiq dəyişikliklər edirlər.
- Ağıllı ev yaratmaq və onun təhlükəsizliyini konfiqurasiya etmək üçün ətraflı tövsiyələrimizdən istifadə edərək bütün ağıllı cihazlarınızı diqqətlə quraşdırın.
- Yaxınlarınızın qayğısına qalın
Saxta mətnlər, şəkillər və səslərdən ibarət fırıldaq sxemləri yaşlı insanlar, uşaqlar və texnologiyaya az marağı olanlar üzərində daha böyük təsir yarada bilər. Yaxınlarınız, dostlarınız, yaxından tanıdığınız həmkarlarınız haqqında düşünün – əgər onlardan hər hansı biri yuxarıda təsvir edilən aldatma sxemlərinin qurbanı olmağa namizəddirsə, bu barədə onlara məlumat verməyə və ya bloqumuza yönləndirməyə tənbəllik etməyin.
Nə etməli?
- Bizim bloqumuzu təkrar danışmaqla məhdudlaşmayın, sevdikləriniz üçün həm də yaş və temperamentə uyğun kibertəhlükəsizlik dərsləri tapın.
- Yaxınlarınızın bütün kompüter və telefonlarının tam qorunduğundan əmin olun. “Kaspersky Premium” ilə siz istənilən platformada – Windows, macOS, Android və iOS-da istədiyiniz qədər cihazı qoruya bilərsiniz.
Vidalaşmazdan və sizə xoş və sakit 2024-cü il arzulamazdan əvvəl pıçıltı ilə etiraf edirik ki, keçən ilki vədlər hələ də çoxları üçün aktualdır: şifrəsiz sistemlərə keçid qənaətbəxş templə inkişaf edir və yeni ildə bu işi davam etdirmək mümkündür. Təməl kibergigiyenanın əhəmiyyəti isə daha da artıb. Az qala unutmuşduq: sizə xoşbəxt və təhlükəsiz 2024-cü il arzulayırıq!