CinemaTəqdimat

“2pac: Əfsanə”nin premyera öncəsi nümayişi “CinemaPlus”da

“CinemaPlus Gənclik Mall” kinoteatrında 25 iyul tarixində günorta radələrində müxbirlər üçün məşhur rep musiqiçi Tupac Shakurun həyatına həsr olunmuş “2pac: Əfsanə” filminin press nümayişi, axşam isə eyni  filmin premyera öncəsi nümayişi keçirilib.

Kinoteatrda əsl Nyu-Yorkun 90-ci illərin ab havası hiss olunurdu. Bütün foye Tupakın posterləri ilə bəzədilmiş, monitorlarda Tupakın şəkilləri yerləşdirilmişdir. Adi press stendin yerinə isə divarda Tupaka aid yazılar var idi. Qonaqlar üçün furşet və musiqi təşkil olunmuşdur.

Qonaqlar arasında Azərbaycanın rep mədəniyyətinin təmsilçiləri yer almışdır. Malik Kələntərli, L-mir, Abdul Muzzy, Nadeer, Anar Nagilbaz, Orxan Qarabasma, Qurd, Dado, Uran, həmçinin şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olmuşdurlar.

Nümayişin sponsoları: Pasifico Lounge+dining, Avto Radio, tap.az və Tnt.

Filmin rejissoru Benni Bum. Filmdə baş rolları Demetrius Şipp k., Danay Cekesay Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa edib.

Qısa olaraq film haqqında: Rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri. Dəfələrlə ittiham olunmuş və həbs edilmiş qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

http://https://www.youtube.com/watch?v=OdDCut6fWLU

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!