CinemaƏyləncə

3 Oktyabr Nizami Kinoteatrında “BIG BUBBLE ƏMƏLİYYATI” nın təqdimatı – treyler

Artıq arzuların reallığa çevrilməsinə sayılı günlər qaldı. 3 oktyabr saat 19: 00 – da Nizami kinoteatrında “My Production”ın istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı keçiriləcək.

Məlumat üçün bildirək ki, “Big Bubble əməliyyatı” filmi 30 illik fasilədən sonra bir yenilik olacaq və böyükdən-kiçiyə hər kəsin sevəcəyi bir filmə çevriləcək.

Rejissor Teymur Nəcəfov filmin musiqi tərtibatına da xüsusi diqqət ayırıb və bu işi öz işinin peşakarı olan Rövşən Mühəmmədə həvalə edib.

Qeyd edək ki, “Big Bubble əməliyyatı” filminin öz xüsusi mahnıları yazılıb və mahnılar “Meqas” uşaq mahnı qrupu tərəfindən səsləndirilib.

Filmdə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin uşaq aktyor kollektivi çalışıb və peşəkarlıq nümayiş etdiriblər.

Sonda isə bir daha bildirək ki, Avropa janrında çəkilən “Big Bubble əməliyyatı” uşaq macəra filmi 6 oktyabrdan Nizami kinoteatrında nümayiş olunacaq.

Frame.az

http://https://www.youtube.com/watch?v=X0_tu0Ctix8

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!