Mobil dünyaTəhsilTəqdimat

88 ölkədən Bakıya gələn Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercell

Lider mobil operator Azərbaycanın ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəstək olur

İnformasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə nüfuz etdiyi dövrdə cəmiyyətin rəqəmsal savadının artırılmasını öz fəaliyyətinin ən prioritet istiqamətlərinin birinə çevirən Azercell Telekom növbəti təşəbbüslərlə çıxış etməyə davam edir. Bu il paytaxt Bakıda keçiriləcək dünyada kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu yarışlardan hesab olunan 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell şirkəti İstedadların Rəqəmsal Sponsoru qismində təmsil olunacaq. Xatırladaq ki, 2017-ci ildən etibarənAzercell şirkətiTəhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin edəcək.

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edir.

1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Bundan əvvəl Olimpiada dünyanın 30-a yaxın ölkəsində baş tutmaqlaZaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və s. şəhərlərində keçirilib. Bu il ölkəmizdə baş tutacaq Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün  Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri qeydiyyatdan keçmişdir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları müxtəlif illərdə 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıb.

Xatırladaq ki, Azercell Telekom yarandığı vaxtdan ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də, ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsinə xüsusi proqramlar, yerli və beynəlxalq müsabiqələr səviyyəsində öz dəstəyini göstərməkdə davam edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!