Port Baku Mall-da keçirilən “Art-Payiz” festivalı çərçivəsində Pərviz Hüseynov və İrina Qundorinanın «961,8°C» adlı sərgisi noyabrın 12-dən açılmışdır.
Pərviz Hüseynov və İrina Qundorina ölkəmizdə konseptual kuklalar istiqamətinin yaradıcılarıdır.
«Azərbaycanın qızıl əlləri» media mükafatının və bir çox diplomların sahibləri Pərviz və İrina, şübhəsiz ki, ölkəmizin kukla sənətinin inkişafına öz böyük töhfələrini veriblər. Pərviz isə, eyni zamanda, «Fusion Doll» Beynəlxalq Biennalenin müəllifidir.
Sərginin iş rejimi: 11 noyabr – 28 noyabr, saat 10:00-dan 22:00-dək.
Giriş sərbəstdir.