Uşağın kompyuter, telefon və televizora bağlılığının səbəbi onun bu sahəyə böyük marağının olmasıdır.
Hamı kimi o da nə isə öyrənmək, əylənmək istəyir. Üstəlik şəhərləşmə, məktəbdə tələblərin artması, kompyuter oyunlarının müxtəlifliyi uşağı cəlb edir. Nəticədə uşaq evə qapanır, ətrafındakılarla ünsiyyət yarada bilmir.
Artıq 10 ildən çoxdur ki, araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. Deməli, əylənmək və öyrənmək üçün uşaqlara alternativ həllər təklif etmək, onları başqa cür əyləndirmək lazımdır.
Necə?
Təqdim etdiyimiz tədbirdə iştirak etməklə bu suala cavab tapa biləcəksiniz.
Bu və digər sizi maraqlandıran sualları ” Humel” psixologiya mərkəzinin rəhbəri psixoloq Taryel Faziloğlu cavablandıracaq.
Tarix: 20.01.19
Saat: 13:00
Məkan: ABC Tədris və İnkişaf mərkəzi
Ünvan: Fərman Məlikov küç, 7mkr, Binəqədi rayonu.
( Favorit marketin qarşısında )
Tel: (+994) 55 205 56 56
(+994) 12 464 57 88
Əvvəlcədən qeydiyyat mütləqdir !