IqtisadiyyatTəhsilTəqdimat

Abituriyentlər STP-yə maraq göstərir- Foto

“Dərs Evi” Tədris Mərkəzinin şagirdləri Sumqayıt Texnologiyalar Parkını (STP)  ziyarət edib.

Belə ki, “Yay proqramı” çərçivəsində 40-ya yaxın şagird və müəllim kollektivinin STP-yə ekskursiyası təşkil edilib.

Ekskursiyada iştirak edən şagirdlərə öncə müəssisənin fəaliyyəti barədə məlumat verilib, təhlükəsizlik qaydaları izah edilib. Daha sonra tədbir iştirakçıları STP-nin müxtəlif  istehsal sahələri  ilə tanış olublar.

Zavodlara gəzinti zamanı şagirdlər STP-nin istehsal etdiyi məhsul və təklif etdiyi xidmətlərlə yaxından tanış olublar. Həmçinin, STP-nin sahib olduğu ən son nəsil avadanlıqların istehsal bacarığını yaxından izləyiblər.

Daha sonra iştirakçılara STP-nin inzibati fəaliyyəti, bazara təqdim etdiyi yeniliklər, gələcək prespektivlikləri barədə ümumi məlumatlar verilib. Həmçinin, müxtəlif istiqamətlər üzrə seminar təşkil olunub. Seminar zamanı abituriyentlər özləri üçün yeni hesab olunan bir çox sahələrlə tanış olublar.

Seminardan sonra  ali məktəbə hazırlaşan abituriyentlərlə STP-də gələcək karyera imkanları müzakirə edilərək onların çoxsaylı sualları cavablandırılıb.

Sonra  iştirakçılar üçün intellektual yarış təşkil edilib. Qalib komandalar xüsusi hədiyyələr ilə mükafatlandırılıb.

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib.

STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!