Site icon Frame.az

“Adəm və Həvva” Luvr-da

Oktyabrın 21-dən 24-dək Parisin Luvr muzeyində müxtəlif ölkələrdən olan rəssamların sərgisi keçiriləcəkdir. Sərgidə Azərbaycanı gənc və istedadlı rəssam-modelyer, “LACO” brendinin təsisçisi Lalə xanım Ağayeva öz geyim kolleksiyası və çəkmiş olduğu “Adəm və Həvva” əsəri, rəssam Günel xanım Ravilova isə yaratdığı rəsm əsərləri ilə təmsil edəcəkdir.

Frame.az olaraq hər iki nümayəndəmizə uğurlar arzu edir və bütün Avropa, eləcə də dünyada yaşayan həmyerlilərimizi bu sərgini ziyarət etməyə dəvət edirik. 

Exit mobile version