EventsIqtisadiyyatTəqdimat

ADA Universitetində “Elmin zərif simaları” adlı TEDx formatında tədbir keçirilib

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universitetinin dəstəyi ilə 11 mart tarixində ADA Universitetində TEDx formatında “Elmin zərif simaları” adlı tədbir keçirilib.

Tədbirin açılış nitqini səsləndirən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları və iştirakçıları salamlayaraq, TEDx formatlı tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və  ölkəmizdə tez-tez keçirilməsini dəstəkləyib.

Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə çıxış edərək, ölkəmizdə belə tədbirlərin tez-tez keçirilməsinin tələbələrin aktiv fəaliyyətində, eləcə də onların fərdi və peşəkar inkişafında mühüm rol oynadığını deyərək spikerlərə və təşkilatçılara öz təşəkkürünü bildirib.

Spiker qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, ATL Academy-nin icraçı direktoru Mehriban Nəzərova, Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəhbəri, “Yüksəliş” müsabiqəsinin qalibi Güldənə Hidayətli, Azərbaycanlı telejurnalist Günay Malikqızı, PASHA Bank ASC – Rəqəmsal və Agile transformasiya üzrə eksperti, Femmes Digitales – Həmtəsisçisi Şəhla Məmmədova və doktorant Aygün Azadova çıxış edib.

Yekunda Ülvi Əlizadə tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. Həmçinin, tədbir zamanı vurğulanan məsələlərin nəinki qadınlara, eləcə də, Azərbaycan gəncliyinə böyük motivasiya mənbəyi olacağını vurğulayıb.

Hibrid şəkildə təşkil edilən tədbirdə “Bir Könüllü” Təşkilatının könülüləri və ADA Universitetinin tələbələri iştirak edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!