Çin haqqında ən yayılmış stereotiplərdən biri – onun sakinləri fərdilikdən məhrum edilmiş robotlar kimi ahəngdar fəaliyyət göstərirlər. Adidas bu mifə son qoymaq qərarına gəlib. İlhamverici çarxın qəhrəmanlarından biri David Beckham olub.
Adidas yeni reklam kampaniyasında çin idmançılarına müraciət edərək, onlara öz fərdiliklərini açmağı təklif edir. Cinsinizdən, yaşınızdan və ya milliyətinizdən (buna görə çarxda Beckham iştirak edir) asılı olmayaraq siz idmanla məşğul ola bilərsiniz.
Reklam çarxı Under Armour amerika şirkətinin reklamını xatırladır. 2015-ci ilin yayında marka Rule Yourself çarxını buraxmışdır ki, burada idmançılar sanki bir-birini klonlaşdırırlar. Yeni One in a billion reklamı – Adidas-dan açıq istehzadır. Rəqib markadan fərqli olaraq, Adidas idmançıların fərdiliyini vurğulayıb.