Faydamız OlsunTəqdimat

ADO-dan daha bir möhtəşəm yenilik- ADO Kids

Sizin uşağınız səhnədə çıxış etməyi, rəqs etməyi və oxumağı sevir? ADO Kids! Drama Club incəsənətdə özünü tapmaq üçün düzgün yerdir!
ADO Theatre – Collective uşaqların istedadlarını aşkarlamaq və dünyaya göstərmək üçün öz yeni proyektini elan edir – ADO Kids! Drama Club. Uşaqlar, sizinlə tanış olub, bacarıqlarınızı inkişaf etdirməyə hazırıq!

Kreativ olmaq üçün, şənlənmək üçün, teatrın nə olduğunu öyrənmək üçün 8 – 12 yaş arası uşaqlar ADO Kids! Drama Club-a qatılmağa dəvətlidirlər. Onlar səhnədə çıxış etməyi öyrənəcək və kursun yekununda maraqlı bir performans yaradacaqlar!

 ADO Kids!`in instruktoru: Fransız aktrisa və rejissor Elsa Furtado
 Davamiyyət: İki ay ərzində, həftədə iki dəfə (ikinci gün (II) saat 17:00-19:00, altıncı (VI) gün 12:00-14:00)
 Başlanğıc tarixi: 14 Oktyabr, 2017
 İştirak haqqı: 250 AZN (bütün kurs üçün)
 Yer: ADO Theatre – Collective, 245 Mirzağa Əliyev küçəsi
 Dil: İngilis dili (instruktor azərbaycan və rus dillərində danışır, lakin kurs İngilis dilində keçiriləcək)
 Suallarınız var? Və ya qeydiyyatdan keçmək istəyirsiz? Zəng vurun: +994-51-390-96-28; +994-55-989-22-75
 WhatsApp: +995-55-523-86-88; +994-55-989-22-75

Yerlər məhduddur, qeydiyyatdan bu gün keçin!

İnstruktor Elsa Furtado haqqında:

Fransanın Bordo şəhərində dünyaya gələn Elsa FURTADO teatrla 10 yaşından məşğul olmağa başlamışdı.
O professional teatrı Parisdə “Claude Mathieu: Actor’s Art and Technics Dramatik Incəsənət Məktəbində” və həmçinin Moskvada məhşur Rusiya aktyoru və rejissoru Aleksandr Kalyagin tərəfindən aparılan STD Beynəlxalq Dram Məktəbində oxuyub.
Moskvada o həmçinin seminar və proyektlərdə, Lev Dodinin seminarı və Moskva Dövlət Marionet Teatrının direktoru Boris Konstantinov tərəfindən qurulmuş “From that side: Gogol” marionet performansı içində olmaqla, iştirak etmişdir.

Parisdə müxtəlif teatr kompaniyaları üçün aktrisa və səhnə direktoru işləyərkən, Elsa həmçinin uşaqlar və yeniyetmələr üçün kurslar aparırdı, içində klounluq kursu olmaqla. O Rusiya teatr kompaniyaları ilə və mədəniyyət aktyorları ilə birlikdə müxtəlif proyektlər irəli sürmüşdü. O klassik, müasir və uşaq tamaşalarında iştirak edib, içində “The Wizard of Oz”; Eugène Labiche tərəfindən Avignon 2010 Festivalında “Le Misanthrope et l’Auvergnat”; the Bernard-Marie Koltès-in tamaşaları “Sallinger” və “Roberto Zucco”; Nikolaï Kolyada tərəfindən “The Keys of the City of Lörrach” və “The Nevus”; Alessandro Baricco-nun “Novecento: Pianist”.
Teatrdan başqa, Elsa həmçinin radio proyektlərdə işləmiş, radio tamaşalarda, radio səsyazmalarında iştirak etmişdir. Bir sıra qısametrajlı film və Fransız televiziyası üçün TV serial epizodlarında rol almışdır.

Axır bir neçə il Elsa Bakıda yaşayır, mədəniyyət sahəsində işləyib, eyni zamanda öz incəsənət karyerasını yerli teatrda davam etdirir. O iki il ərzində Fransız İnstitutunda və Fransız səfirliyində mədəniyyət missiyası və PR əlaqələrinin məsul şəxsi idi. Bundan başqa, o Azərbaycanda hər il keçirilən Avropa Birliyi Deleqasiyasının “EuroVillage” adlı mədəni tədbiri çərçivəsində menecer olmuşdur. 2015-ci ildən o ADO Theatre – Collective –in mədəni və art proyektlərində və çoxsaylı performanslarında aktrisa və səhnə rejissoru kimi iştirak etmişdir.

Elsa Sorbonn Universitetində Slavyan tədqiqatları bölməsində tərcüməçi (Rus-Fransız, Fransız-Rus) və nəşriyyat işi ixtisası üzrə oxuyub. O Rus, İngilis və Azərbaycan dillərində danışır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!