Müştəriləri üçün hər zaman sərfəli kredit şərtləri təqdim edən AFB Bank ən çox biznes krediti verən banklar sırasındadır.
Azərbaycanda bankların kredit portfelinin təhlili nəticəsində müəyyən olunub ki, AFBBank ölkədə ən çox biznes kreditləri verən 2-ci pilləyə yüksəldi. Belə ki, Bank ümumi kredit portfelinin 50%-dan çox hissəsi biznes kreditləri olan 17 bankdan biridir. Bankın kredit portfelinin 76,48%-ni biznes kreditləri təşkil edir.
Real sektorun maliyyələşdirilməsinə xüsusi önəm verən AFB Bank kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştli kreditlər verir. Bank, biznes krediti növü üzrə illik faiz dərəcəsi 15%-dən başlayaraq 36 ayadək müddətdə fərdi və hüquqi şəxslərə maliyyə dəstəyi göstərir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.