AFRA “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edir

Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin Sədri Fərid Novruzi ölkəmizdə “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edir.

Onun sözlərinə görə, “outlet”, çoxunun düşündüyü kimi, brendlər tərəfindən satılmayan və köhnə fəsil (sezon) malları deyil.
“Outlet” – geyim istehsalı və satışı sahəsində artıq bir sənaye istiqamətidir. Bu geyimlər adətən baza materiallardan tikilən istehsal xətti olur və bu məhsulların qiyməti əsas istehsal xəttinə müəyyən olunan qiymətlərdən aşağı olur. Qiymətlərin aşağı olması isə bir tərəfdən idxalçıların dövriyyəsini və gəlirlərini artırmağa, digər tərəfdən isə, istehlakçılara brend geyim mallarını daha səmərəli şərtlərlə əldə etməyə imkan yaradır”,- deyə Fərid Novruzi qeyd edib.

Onun sözləriə görə, hazırda Assosiasiya üzvləri ilə “outlet” sektorunun inkişafına dair müzakirələr aparılır. Müzakirələrin nəticəsi olaraq, müvafiq dövlət qurumlarına təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.

1930-cu ildə Amerikada ortaya çıxan “outlet” termini keyfiyyətli markaların məhsullarını ucuz qiymətə almaq fürsəti yaratdığı üçün tezliklə dünyaya yayılmağa başladı. Outlet məhsullar anlayışına: vitrində istifadə edilmiş, fabrikdən birbaşa satılan, istehsal artığı, geri qaytarılmış, endirimli və ya limitli sayda stokda qalan məhsullar daxildir. İlk vaxtlar şirkətlər bu tip məhsullarını öz işçilərinə satırdı, sonradan isə qısa müddətdə müştərilər də hədəf kütləyə çevrildi.Outlet mağazalar həm də nəhəng brendlər üçün məhsullarını satmaq adına gözəl fürsətdir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: