EkologiyaFrame LifeTəqdimat

Ağacların dibi asfaltdan təmizlənib

Bakının Nizami rayonu, Heydər Əliyev prospekti 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar.

Xidmətin rəsmisi Vaqif Cavadov Frame.az-a bildirib ki, araşdırma zamanı 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağacların nəzərə alınmadığı və onların ətrafının tamamilə asfaltlandığı məlum olub. Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib.

V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!