EkologiyaIqtisadiyyatSağlamlıqTəqdimat

Ağdam rayonunda Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 min ədəd balıq körpəsi buraxılıb: “Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 mindən çox çəkikimi, 8 min qızılxallı forel körpəsi buraxılıb”.

Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!