IdmanTəqdimat

AGF ilə AİJ İB arasında tərəfdaşlıq memorandumu imzalanacaq

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJ İB) sədri Azər İsmayıl ilə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə arasında görüş olub.

Görüşdə bir sıra məsələlər və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. N.Məmmədzadə mediadan gözləntiləri ilə bağlı öz fikirlərini bildirib.

A.İsmayıl isə jurnalistlərin istəklərini və gələcək əməkdaşlıq imkanlarını baş katibin diqqətinə çatdırıb. Tərəflər ehtiyac olan bir neçə istiqamətdə qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılıq əldə ediblər. Qərara alınıb ki, bununla bağlı yaxın günlərdə tərəfdaşlıq memorandumu imzalansın.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!