Site icon Frame.az

Aİ “Avropa Gənclər İli” ilə əlaqədar keçirilən kampaniyaya start verib

Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası dövründə gənclərin payına düşmüş sıxıntı və itkilərin etiraf rəmzi olaraq 2022-ci ili “Gənclər İli” elan edib. Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Avropa Gənclər İli”ni (2022) qeyd etmək məqsədilə regionun bütün qonşu ölkələrinə qoşularaq bir ay davam edəcək kampaniyaya start verib.

Bu sözləri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycanda keçiriləcək “Avropa Gənclər İli”nə həsr olunmuş mətbuat konfransında söyləyib.

O bildirib ki, Azərbaycanla möhkəm tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı gənclər üçün olduqca müşkül keçən iki ildən sonra təhsil və məşğulluq sahələrində bərabər imkanların dəstəklənməsinə nail olmaq niyyətindədir. Aİ-nin məqsədi siyasət və proqramlar vasitəsilə gənclərin cəmiyyətin bütün sahələrində iştirakına, onların təhsil və əmək bazarında daha çox imkanlar qazanmasına şərait yaratmaqdır.

 

Exit mobile version