IqtisadiyyatTurizmTəhsilTəqdimat

Aİ Nümayəndəliyi Avropa Məktəbinin keçirilməsini elan edir

2-4 avqust 2022-ci il tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Azərbaycan regionlarının birində Avropa Məktəbini (EuroSchool) keçirdəcək. Ümumilikdə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Aİ-nin “EU NEIGHBOURS east” kommunikasiya layihəsinin dəstəklədiyi EuroSchool-da iştirak etmək üçün ölkənin hər yerindən 18-25 yaş arası 18 gənc şəxs seçiləcək.

Beynəlxalq təlimçilərin iştirakı ilə 3 gün davam edəcək tədbirdə Avropa İttifaqı, onun tarixi, fundamental prinsip və dəyərləri, enerji və ətraf mühitlə bağlı məsələlər, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı təşəbbüsü və Aİ-Azərbaycan münasibətləri haqqında daha çox məlumat əldə etmək üçün bir sıra interaktiv sessiyalar keçiriləcək. İştirakcılar həmçinin Avropada gənclər üçün mövcud olan təhsil və digər imkanlar haqqında da eşidəcəklər. Proqramın təhsil hissəsi ilə yanaşı, iştirakçılar bölgə daxilində ekskursiyalarda iştirak edəcəklər. Avropa İttifaqı ölkələrindən olan gənclər də tədbirə qatılıb öz bilik və təcrübələrini Azərbaycan gəncləri ilə bölüşəcəklər.

Tədbirlə bağlı Bakıdan bölgəyə və geriyə nəqliyyat, yemək və yaşayış xərcləri Aİ Nümayəndəliyi tərəfindən tam olaraq qarşılanacaq.

İştirakçılar 26 iyun 2022-ci il tarixinədək Delegation-Azerbaijan@eeas.europa.eu ünvanına göndəriləcək Motivasiya Məktubu və CV-lər əsasında seçiləcək. Proqram və seçim meyarları haqqında daha ətraflı məlumatı Aİ Nümayəndəliyinin internet saytından https://www.eeas.europa.eu/delegations/azerbaijan əldə etmək olar.

Yay Məktəbi artıq 5-ci dəfə Azərbaycanda təşkil olunacaq. Məktəb 2016-cı ildə yaradılmış Aİ-nın üzv dövlətlərini və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən Aİ təşəbbüsü olan “Gənc Avropa Səfirləri” şəbəkəsi çərçivəsində dəstəklənir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!