Site icon Frame.az

Aİİ 9 Noyabr – Dövlət Bayraq Gününü Cocuq Mərcanlıda qeyd edəcək

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi və tələbələri 9 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edəcək.

Səfər zamanı Cocuq Mərcanlı kənd orta məktəbi, Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi, “Aprel şəhidləri xatirəsinə ucaldılmış abidə-kompleksi” ziyarət ediləcək və ərazidə inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçiriləcək.

Səfərin təşkilində əsas məqsəd tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanmasıdır.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfələr vermək üçün tədbirlər silsiləsini davam etdirir.

Frame.az

 

 

 

 

 

 

 

 

 

Exit mobile version