Site icon Frame.az

Aİİ-də “İslam dininin Azərbaycan toxuculuq nümunələrində əksi ” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam mədəniyyətində toxuculuq sənəti” mövzusunda seminar keçirilib.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovseminar iştirakçılarını salamlayaraq,İnstitutuntələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar,treninqlər və görüşlərin keçirilməsinə xüsusi önəm verdiyini qeyd edib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova“İslam mədəniyyətində toxuculuq sənəti” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada bu dinintəşəkkül tapması ilə yanaşı, yeni İslam mədəniyyəti formalaşıb.Qədim tarixi kökləri olan Azərbaycan mədəniyyəti İslam dininin təsiri altında daha dazənginləşib, mükəmməl bədii sənət nümunələri və memarlıq abidələriyaradılıb.

S.NəsirovaAzərbaycan toxuculuq sənətinin nailiyyətlər əldə etməsində  İslam dininin xüsusi rol oynadığını vurğulayıb. MəruzəçiXX əsrin ikinci yarısına qədər toxuculuq məmulatlarının üzərindəki naxışların, ərəb əlifbasından və rəqəmlərindən istifadənin, namazlıqların, möhürqabıların Quran saxlamaq üçün istifadə olunan xüsusi ləvazimatların İslam mədəniyyəti nümunələrinə aid olduğunu qeyd edib.Memarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdəazərbaycanlı sənətkarların yüksək peşəkarlıqla hazırladıqları əsərlərdən danışan S.Nəsirova bildirib ki, sənət nümunələrinəAzərbaycanınmüxtəlif bölgələrindərast gəlinir.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.Müzakirələrdə Azərbaycan İlahiyyat İnstitutu və AMEA Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Frame.az

 

Exit mobile version