Təqdimat

Aİİ-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 mart  2019-cu il tarixdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Öncə1918-ci il 31Mart soyqırımına məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.

Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Rektorqeyd edib ki, 18 yanvar 2018-ci il tarixdəPrezident İlham Əliyev 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

Aİİ rəhbəri bildirib ki, ali təhsil müəssisəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər, görüşlər, “dəyirmi masa”lar təşkil edir.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi,professor Solmaz Rüstəmova Tohidi“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı”mövzusunda məruzə ilə çıxış edib.S.Rüstəmova bildirib ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etmək, əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 31 Mart qırğınıisə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir.

Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu“Qafqazda erməni dövləti yaradılması təşəbbüsü: terror və soyqırımı yolu ilə hədəflənən etnodemoqrafik dəyişikliklər” mövzusunda məruzə ilə  çıxış edib.T. Nüsrətoğlu bildirib ki, XX əsrin əvvəllərində erməni millətçiləri fəaliyyətlərini genişləndirərək, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından deportasiya etməklə etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının şöbə müdiriAraz Aslanlı“Qarabağ probleminə 100 illik baxış” mövzusunda çıxış edib. A.Aslanlı Qarabağ münaqişəsinin tarixinə toxunduqdan sonra, Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan, bölgəmiz və ümumən beynəlxalq münasibətlər sistemi üçün yaratdığı ağır nəticələrdən və risklərdən də bəhs edib.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq 31 mart 2019-cu il tarixdə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!