EventsTəhsilTəqdimat

Aİİ-də “Erkən müsəlman icmasında uşaqlar və Məhəmməd Peyğəmbər” mövzusuna həsr olunmuş növbəti seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Erkən müsəlman icmasında uşaqlar və Məhəmməd Peyğəmbər” mövzusunda növbəti seminar keçirilib. Seminar  BMT Baş Məclisinin 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsinə dair tövsiyəsinə həsr olunub.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarınısalamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsində İnstitutun  müxtəlif mövzularda təşkil etdiyi seminarların xüsusi əhəmiyyəti var.

Aİİ-nin müəllimi, fəlsəfə elmləri doktoru Ələddin Məlikov “Erkən müsəlman icmasında uşaqlar və Məhəmməd Peyğəmbər” mövzusunda məruzə ilə çıxış edib. Alim İslamdünyasında ailə və uşaq dəyərlərindən bəhs edib. İslamda uşağa verilən önəmin onun şəxsiyyətinin formalaşmasındaxüsusi rol oynadığını vurğulayan məruzəçi peyğəmbərlərin uşaqlıq dövrlərindən,Məhəmməd Peyğəmbərin uşaqlara olan davranışından nümunələr gətirib.

Ə.Məlikov uşaqların yaş mərhələlərini xarakterizə edərək, hər dövrün psixoloji və sosioloji faktorlarını əks etdirən tədqiqatlar haqqında məlumat verib.

Alim alman və italyan pedaqoqları Fredrix Avqust və Montessopi Mariyanın araşdırmalarına İslami nöqteyi-nəzərdən yanaşaraq,  fikirlərini əsaslandırmağa çalışıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirlib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!