EventsMədəniyyətTeatrTəqdimat

Akademik Milli Dram Teatrı Novruz günlərində “Sehirli sandıq” şənliyini təqdim edəcək

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehirli sandıq” şənliyini təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Könül Məmmədovanın “Sehirli sandıq” əsəri əsasında hazırlanacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Şənlikdə aktyor Rüstəm Rüstəmov, (Dədə Qorqud), əməkdar artist Mehriban Xanlarova (Buta), aktrisa Ayşən Əsədova (Sürməli qız), əməkdar artist Sevinc Əliyeva (Tirməli qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa), Elçin Hacıyev (Keçəl) iştirak edir.

Şənlik 20, 21, 22, 23 mart tarixlərini əhatə edəcək və saat 11:00, 13:00, 15:00-da təqdim olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!