EventsSərgiTəqdimat

Akvarel əsərlərindən ibarət satış sərgisinə əsər qəbulu başa çatıb

Milli Məclisinin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə yanvar ayının 23-də təşkil ediləcək “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisinə əsərlərin qəbulu başa çatıb.

Dövlət Rəsm Qalereyasından Frame.az-a bildirilib ki, sərgi sulu boya sənətinin inkişafı, təbliği bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunacaq.

Qeyd edək ki, təqdim edilən əsərlər arasından sərginin təşkilatçıları tərəfindən hər müəllifin 1 və ya 2 əsəri sərgidə nümayiş olunmaq üçün seçiləcək.

Seçim “IWS Azerbaijan”ın bədii şurası tərəfindən həyata keçiriləcək. Seçiləcək əsərlərdən ibarət sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.

İştirakçı rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!