EventsMusiqiOxu zalı

«Aldanma!» adlı ədəbiyyat gecəsi keçiriləcək

1 aprel, 2017 saat 19:00 –da YARAT Müasir İncəsənət Məkanı Sizi, müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş «Aldanma!» adlı ədəbiyyat gecəsinə dəvət edir.

Tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.

Orxan Hüseynovun «Əziz Sevgilim» sərgisi gecənin ilham mənbəyidir.

Proqram:

19:00 – 20:00
Səlim Babullaoğlu və Eyyub Yaqubovla musiqi klipinin və yaradıcılıq haqqında müzakirə
Məkan: 2-ci mərtəbə, zal

20:00 – 20:45
Müasir şairlərin çıxışları – Səlim Babullaoğlu, Qismət və Fərid Hüseyn
Məkan: 1-ci mərtəbə, sərgi otaqları

20:45 – 21:20
“Tapmacanın dadına bax” (qeyri-adi taamların dequstasiyası)
Məkan: 1-ci mərtəbə – kitabxana, 2-ci mərtəbə – giriş qapısı

21:30 – 22:15
İnstrumental musiqi ifaları
Məkan: 1-ci mərtəbə, sərgi zalı

22:00
Eyyub Yaqubovun canlı konserti
Məkan: 2-ci mərtəbə, zal 

Giriş sərbəstdir

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!