Almaniyada təkcə dünən ərzində (dekabrın 20-də) 22.771 yeni koronavirusa yoluxma halı qeydə alınıb.
Həmin tarixədək rekord cümə günü, dekabrın 20-də qeydə alınmış 33.777 yoluxma faktı idi.
Sutka ərzində koronavirusdan 409 nəfər ölüb. Bundan əvvəlki maksimum 952 ölüm faktı çərşənbə günü qeydə alınıb. Gündəlik ölüm hallarında artım tendensiyası müşahidə olunur. Pandemiya ilə bağlı yaranan qorxulu vəziyyəti hansısa yolla yüngülləşdirməkdən ötrü növbəti təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə bu həftə federal hökumətin təcili iclasının çağırılması gözlənilir.
Hökumətə yaxın olan mənbələr ölkədə komendant saatı və tam karantin tətbiq olunması ehtimalı barədə xəbər verirlər.