Frame LifeIqtisadiyyatSağlamlıqTəqdimat

Almaniya və Azərbaycan şirkətləri əczaçılıq sahəsi üzrə ikitərəfli əməkdaşlığı müzakirə edib

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana iki günlük işgüzar səfərini təşkil edib.

Bu barədə Frame.az-a “AHK Azərbaycan”dan məlumat verilib.

Bu gün başlamış və sabah başa çatacaq proqram çərçivəsində əczaçılıq sahəsində fəaliyyət göstərən 5 Almaniya və 10 Azərbaycan şirkəti “AHK Azərbaycan”ın Konfrans Zalında “Azərbaycan üçün alman əczaçılıq məhsulları” üzrə təqdimat tədbirində bir araya gəlib. İştirak edən alman nümayəndələr tədbir iştirakçılarını alman şirkətlərinin fəaliyyəti, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri ilə yaxından tanış edib.

Tədbirdə “AHK Azərbaycan”ın İcraçı direktorunun müavini Fabian Zittlau və Almaniyanın Azərbaycandakı səfirinin müavini Heyko Şvarç rəsmi açılış nitqi ilə bütün iştirakçıları salamlayıb və iştirakçıları Azərbaycanda baş verən son hadisələr və mövcud bazar tendensiyaları haqqında məlumatlandırıb.

Açılış nitqinin ardınca, alman şirkətlərinin rəhbərləri qısa təqdimatla çıxış edib və iştirakçılara praktiki məlumatlar verib.

Tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində yekunlaşıb.

Sabah nümayəndə heyəti Səhiyyə Nazirliyi ilə, eləcə də ölkənin müxtəlif qurumları və şirkətləri ilə görüşlər keçirəcək və öz həll yollarını təqdim edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!