EventsMusiqiMədəniyyətTəqdimat

Almaniyanın məşhur orqan ifaçısı Gunter Kennel Bakıda konsert verəcək

Noyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Almaniyanın məşhur orqan ifaçısı Gunter Kennel konsert proqramı ilə çıxış edəcək.

Frame.az xəbər verir ki, konsert Goethe-Zentrum Bakı və Yevangelist Lüteran Kilsəsinin təşkilatçılığı ilə reallaşacaq.

1961-ci ildə Vestpfaltsda anadan olan Gunter Kennel, 1980- ci ildən 1989-cu ilədək Münxen və Londonda Yevangelist kilsə musiqisi (A), orqan və ilahiyyat üzrə təhsil alıb. 1989-cu ildə orqan təhsilini master-klass diplomu ilə bitirib. Onun orqan müəllimləri Franz Lehrndorfer və Nicolas Kynaston olub.

Təhsil aldığı müddət ərzində Münxendə və 1992-ci ildən etibarən müxtəlif musiqi üslublarının təbliğ edildiyi iki tanınmış konsert kilsəsi olan Berlin-Kreusberqdəki Passion Kilsəsi və Müqəddəs Xaç Kilsəsində kilsə musiqiçisi kimi fəaliyyət göstərib. Bu musiqi üslubları ilə orada toplaya bildiyi təcrübələri stilistik sərhədləri və eksperimental elementləri ilə reallaşdırılan konsert proqramlarına təsir göstərir.

Orqan ifaçısı və dirijor kimi o, ölkəsində və xaricdə keçirilən konsertlərdən təcrübələr qazanır.

Konsert turları onu bir çox Avropa ölkələri ilə yanaşı, ABŞ və Cənubi Afrikaya da aparıb çıxarıb. Bundan əlavə, çoxsaylı CD, televiziya və radio səs yazılarında iştirak edib. O, 2004-cü ildən etibarən Berlin Brandenburg-Silesian Oberlausits Yevangelist Kilsəsində regional kilsə musiqi rəhbəri vəzifəsini icra edir, həmçinin ilahiyyat doktoru olaraq 2011-ci ildən Humboldt Universitetində və Berlindəki İncəsənət Universitetində kilsə musiqisi fənnindən dərs deyir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!