İspaniyalı yürüşçü, ikiqat dünya çempionu Fernando Alonso “McLaren” komandasının heyətində deyil, “Ferrari”də Sebastian Fetteli əvəz etməklə Formula 1 yarışlarına qayıda bilər.
Frame.az “Marca” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı yürüşçü məhz bu mümkün vakansiyaya nail olmağı qarşısına məqsəd qoyub. Fettelin İtaliya komandasının tərkibində gələcəyi qeyri-müəyyəndir. Fettel onun üçün uğursuz başlayan 2019-cu il mövsümünün sonunda kollektivi tərk edə bilər.
Daha əvvəl də Alonso özünün Formula 1-ə mümkün olan qayıdışını istisna etmirdi. O, pilot bazarında hadisələrin necə cərəyan edəcəyindən çox şeyin asılı olduğunu bildirmişdi.
Xatırladaq ki, Fernando Alonso ötən ay “İndianapolisin 500 mili” yürüşlərinin təsnifatını keçə bilməyib.