IdmanTəqdimat

Altı ölkədən güləşçilər Bakıda bir araya gələcəklər

Dekabrın 16-dan 19-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə beynəlxalq “Təhsil” turniri keçiriləcək.

Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarış 17 yaşadək yeniyetmə idmançılar arasında baş tutacaq.

Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Fransa, Böyük Britaniya, Tacikistan, Qazaxıstan və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edəcək.

Turnirin təntənəli açılış mərasimi dekabrın 16-da saat 17:00-da baş tutacaq. Yerli və əcnəbi hakimlərin idarə edəcəyi yarışın ilk iki günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qarşılaşmalar hər gün saat 10:00-da başlayacaq. Final görüşləri isə 17:30-da start götürəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!