CinemaEventsFestivallarMədəniyyətTəqdimat

ANİMAFİLM təqdim edir: Azərbaycan animasiyasının 50-ci il dönümü (Yunanıstan, AnimaSyros festivalı)

“ANİMAFİLM” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan animasiyasının 50-ci il dönümü ilə əlaqədar bu il sentyabrın 20-də Yunanıstanda AnimaSyros Beynəlxalq Animasiya Festivalında Azərbaycanı təmsil edərək Azərbaycanın aşağıdakı kult retrospektiv cizgi filmlərinin nümayişini həyata keçirib:

1) Cırtdan, (rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev)1969
2) Pıspısa xanım və Siçan bəy (Tıq-Tıq xanım), (rej. Məsud Pənahi, Ağanağı Axundov) 1974
3) Cırtdan-pəhləvan. Birinci film, (rej. Bəhmən Əliyev) 1981
4) Anam ağaca çıxıb, (rej. Firəngiz Qurbanova)1986
5) İthaf, (rej. Şamil Nəcəfzadə) 1990
6) Söhbətül-əsmar, (rej. Elçin Axundov) 1994
7) Aramsızlıq, (rej. Samir Salahov) 2017

Filmləri festivalda ANİMAFİLM-in direktoru Rəşid Ağamalıyev təqdim edib: “Bizi festivala dəvət etdikləri üçün minnətdarlığımızı bildiririk və inanırıq ki, bu tədbir festivallarımız arasındakı əməkdaşlığı daha da artıracaq. Dünyanın bir çoxölkələrində keçirilən beynəlxalq festivallarda Azərbaycan animasiya filmləri incilərini nümayiş etdirməklə biz Azərbaycan animasiyasının 50-ci ildönümünü yüksək səviyyədə qeyd etmək istəyirik. Qürur duyuruq ki, AnimaSiros Beynəlxalq Animasiya Festivalı bizə ev sahibliyi edəcək ilk festival oldu”.

Bu sözləri ANİMAFİLM-in direktoru festivallar arası “Əməkdaşlıq haqqında sertifikat”la “Azərbaycan animasiyası” kitabını AnimeSyros-un proqramçısı Stiv Alana təqdim etdiyi zaman söyləyib.

Azərbaycan animasiyasının 50-ci ildönümünün, həmçinin, Gürcüstan (TOFUZİ festivalı), Polşa (StopTrik festivalı) və İsveçrədə (Black Moviefestivalı) də qeyd olunması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) (əsas tərəfdaş), Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Daha ətraflı məlumat üçün sayta daxil olun:www.animafilm.az

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!