Antalyada DTA və TİKA-nın birgə turizm təlim layihəsi start götürüb

Martın 14-də Türkiyənin Antalya şəhərində Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində təşkil olunan turizm üzrə təlim proqramına start verilib.

Martın 25-dək davam edəcək “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramında turizm təhsili və peşə təlimi üzrə çalışan və tədris edən təlimçi və mütəxəssislər iştirak edir.

Birinci mərhələsi “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə 21-25 fevral 2022-ci il tarixlərində Bakıda keçirilən layihənin Antalyada davam edən praktiki hissəsi Türkiyə Millli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi tərəfindən təşkil olunub. İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin ikinci praktiki mərhələsinə cəlb olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi turizm təhsili sahəsində fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsi, yeni təcrübə və biliklərin əldə olunmasına dəstək göstərilməsidir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: