Amerikanın “Apple” korporasiyası tezliklə öz pərəstişkarlarına innovativ əlavələrini təqdim etməyi planlaşdırır. İnnovativ ideyaların “iPhone”un növbəti modellərində reallaşdırılması istisna deyil.
Frame.az dni24.com saytına istinadla xəbər verir ki, yeniliklər yalnız kompüter oyunlarında deyil, təhsil, sənaye və səhiyyə sahələrində də tətbiq edilə bilər.
İlk dəfə “Apple” öz əməliyyat sistemi olan iOS-un hazırlanmasında innovativ əlavələrdən istifadə edib. Daha öncə şirkət qadcet istehsalı ilə bağlı açıqlama verib. Əlavə texnologiyalar “Apple” korporasiyasını yeni inkişaf səviyyəsinə yüksəldəcək.