MusiqiTəqdimat

“Arşın mal alan”-100 adlı kitab-kataloqun təqdimat mərasimi keçiriləcəkdir

10 mart 2017-ci il tarixdə saat 15:00-da Üzeyir Hacıbəylinin ev muzeyində muzeyin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş “Arşın mal alan”-100 adlı kitab-kataloqun təqdimat mərasimi kəçiriləcəkdir.

Kataloqda Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı “Arşın mal alan”  operettasının yaranma tarixini əks etdirən materiallar işıq üzü görmüşdür. Burada yalnız Üzeyir Hacıbəylinin ev muzeyində qorunan materiallar verilmişdir. Operettanın 100 illik tarixini əks etdirən bu kataloq bütövlükdə musiqisevərlər, xüsusən Üzeyir Hacıbəyli yaradıcılığı ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Tədbirə bir sıra görkəmli şəxslər – incəsənət xadimləri, mədəniyyət işçiləri dəvət olunmuşlar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!