SərgiTəqdimat

Art Prospekt rezidensiyasından olan rəssamların “GİCAVAR” sərgisi keçiriləcək

“Piyadaları sevmək lazımdı. Piyadalar insanlığın mühüm bir hissəsin təşkil edirlər. Özdəki insanlığın ən yaxşı hissəsi elə piyadalardır. Onlar dünyanı yaradıblar…. onu da qeyd etmək lazımdır ki maşınları da piyadalar ixtira ediblər. Ancaq sürücülər bunu yaman tez unutdular. Məzlum və ağıllı piyadaları sıxmağa başladılar. Piyadalar tərəfindən yaradılmış küçələr avtomobil sürücülərinin əlinə keçdi. Yollar genişləndi, səkilər isə tütün qabı ölçüsünəcən daraldı. Nəticədə piyadalar qorxaraq binaların divarlarına sıxılmağa başladılar.”
İlf və Petrov “Qızıl buzov” , 1931.

Müasir incəsənət piyadaların problemlərini, maraqlarını və qayğılarını Bakı kontekstində necə özündə əks etdirə bilər? Məhs bu mövzulara, Bakıda art-rezidensiyada olan rəssamlar Aleksandr Yeltsin (Ukrayna) və Koka Vaşakidzenin (Gürcüstan) işləri həsr olunacaq.

Sərginin açılışı 1 iyun 19:00-da Bəşir Səfəroğlu 152 ünvanında(El Viento Art&Crafts Cafe) baş tutacaq. Sərgi iyun ayının 3-nə kimi davam edəcək.
https://goo.gl/maps/P3h4QENEzjM2

Rezidensiya CEC ArtsLink-in dəstəyi ilə “АРТ ПРОСПЕКТ Rezidensiya Programı” layihəsi çərçivəsində keçirilir. Azərbaycanda qəbul edən qurum atelier PİLLƏ memarlıq studiyasıdır.
PİLLƏ memarlıq studiyası 2015-ci ildə gənc memarlar tərəfindən təsis olunub. Komanda memarlıq, urbanizm və ictimai incəsənət sahələrində araşdırmalar, seminarlar, mühazirələr, sərgilər təşkil edir, həllər və təkliflər irəli sürür. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!