Plener Azərbaycan İncəsənət Konsulluğunun (“Arts Council Azerbaijan”), Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Şəbəkəsinin təşəbbüsü ilə təşkil olunub və “Güllər” mövzusuna həsr edilib.
Tədbir təkcə ənənəvi olaraq rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılması deyil, həm də açıq havada çoxsaylı rəssamların çalışmasını nəzərdə tutaraq çox möhtəşəm keçirilib.
Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər.
Qeyd edək ki, plener sənətkarların özünü təkmilləşdirilməsi forması kimi gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi ilə keçirilib.
Frame.az