Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.
Frame.az xəbər verir ki, 2 – 19 mart tarixini əhatə edəcək Festival çərçivəsində Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmaçıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçirilir.
Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunur. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir.
Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.
Təşkil olunan tədbirlərdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.